Форум о прекрасном: Турции и всем, что с ней связано

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.


Вы здесь » Форум о прекрасном: Турции и всем, что с ней связано » Азербайджанский язык и культура Azeri and culture » Рецепты азербайджанской кухни на азербайджанском языке


Рецепты азербайджанской кухни на азербайджанском языке

Сообщений 1 страница 11 из 11

1

Duzlu suya qoyulmuş kələm

Hazırlamaq üçün çox da böyük olmayan kələmlər seçilir, onun üst qatı, özəyi çıxarılır. 4 yerə bölünür, çəlləklərə yığılır, üstündən taxta parçası ilə basılır və duzlu su (1litr suya 400 qram duz) tökülür. Ele etmək lazımdır ki, duzlu su taxta parçasını örtsün. Kələmə xoş rəng vermək üçün onun içinə dilim-dilim kəsilmiş qırmızı çuğundur əlavə edilir. Turşumanı sürətləndirmək üçün çəlləyə bir neçə sütül qarğıdalı qıçası qoyulur. Bir neçə gündən sonar çəlləyin suyundan götürməyə başlayırlar. Çəlləyin suyundan iki həftə ərzində günaşırı götürülür. Turşuma qurtarandan sonar suyun üzərinə bir neçə ovuc təmiz yuyulmuş arpa tökülür. Arpa cücərir və kələmin üstünü kif bağlamaqdan qoruyur. Çəlləkdən kələm götürmək istədikdə üstdəki səməni qatının bir qatı qaldırılır, kələm götürülür. Duzlu kələm çəlləyi üstdən möhkəm örtülməlidir.

Duza qoyulmuş kələm

Hazırlamaq üçün kələm nazik-nazik doğranır, enli ləyənin içərisində duzlanıb (10 kq kələmə 200-250 qram duz) 1 saata kimi saxlanır. Kələmə xoş rəng vermək və dadını yaxşılaşdlrmaq üçün ora 500 qram nazik doğranmış kök, kərəviz, 1 kq bütöv alma, 5 qram cirə tökmək lazımdır. 1 saatdan sonar kələm balonlara və ya çəlləklərə yığılıb yaxşı basdırılır ki, aralarında hava qalmasın və kələmin şirəsi üzə çıxsın.üstdən kələm hamarlanır və xarab olmasın deyə, kələmin bütöv yarpaqları ilə örtülür. Yarpaqların üstündən taxta parçası qoyulur, ağır yüklə basılır. Elə etmək lazımdır ki, taxta parçalarının üstünə 3-4 sm hündürlüyündə şirə çıxsın. Hazır kələmdən istifadə etdikdə qalan hissəni yenə də ağır yüklə basdırmaq lazımdır ki, kələm şirənin içində olsun, çünki şirəsiz qalan kələm tez xarab olur. Əgər hazır olmuş kələmdən istifadə etmirsinizsə, onda üzərinə bir qat (2 sm) bitki yağı töküb saxlayın. Belə kələmi uzun müddət saxlamaq olar.

Kələmin kök və bibərlə duza qoyulması

10 kq kələm, 3 kq kök, 2 kq göy bibər, 1 dəstə kərəviz və bir dəstə cəfəri nazik-nazik doğranır, enli ləyənə tökülüb (10 kq tərəvəzə 250 qram duz olmaq şərti ilə) duzlanır və 1-2 saat saxlanır. Sonar bu qarışıq bankalara yığılır, aralarına qara, ya da acı göy istiot, dəfnə yarpağı qoyulur, üstünə kələm yarpaqları yığılır, təmiz əski ilə örtülür və taxta parçası qoyulub ağır yüklə basılır. Turşuma qurtarandan sonra kələmi soyuq yerdə saxlamaq lazımdır.

Qarışıq şoraba

Hazırlamaq üçün 6 kq göy bibər, 4 kq göy pomidor, 4 kq kök, 4 kq 4 yerə bölünmüş kələm götürülür, doğranır və bankalara yığılır, aralarına albalı, heyva, üzüm yarpaqları yığılır ki, şorabanın dadını yaxşılaşdırsın. Üstündən 5 litr suya 250 qram duz tökülür. Bir neçə gündən sonra artıq duzlu suyu boşaltmaq lazımdır. Bunu günaşırı etməklə 1 həftədən sonra şorabanı yoxlayırlar, xarab olmuşlarını götürürlər. Belə şorabanı sirkə ilə də hazırlamaq olar. Onda 1,5 litr suya 1 litr sirkə və 400 qram duz götürmək lazımdır.

Sirkəyə qoyulmuş badımcan

Hazırlamaq üçün xırda faraş badımcan götürülür, saplağı kəsilir, yuyulur, sonra duzlanıb acı suyu çıxarılır. 10%-li duzlu suda 2-3 dəqiqə pörtlədilir, süzülür. Süzüldükdən sonra badımcanlar süzgəcə yığılır, üstünə taxta, onun da üstünə ağır yük (2-3 kq) qoyulur ki suyu tamam çıxsın (15-20 saat). Sıxılmış badımcanların içinə azca duz vurulur, əvvəlcədən hazırlanmış iç qoyulub ya şüşə, ya da şirəli saxsı qablara yığılır və üstünə sirkə tökülür. 3-4 gündən sonra badımcan hazır olur. Sirkəyə qoyulmuş badımcanları soyuq yerdə saxlamaq lazımdır. Badımcan üçün iç belə hazırlanır: sarımsağın qabığı soyulur, dilimlənib duzlanır (1 kq sarımsağa 50 qram duz götürülür) həvəngdə döyülür və ya xırda-xırda doğranır, buna xırda-xırda doğranmış şirin və acı göy istiot, cəfəri, nanə qatılıb qarışdırılır və zövqə görə duzlanır.

İçi doldurulmuş bibər

Bunu hazırlamaq üçün şirin bolqar bibəri yuyulur, saplaq tərəfdən kəsilib tumu çıxarılır və 2-3 dəqiqəliyə isti suya salınır. Sudan çıxarılmış bibərin içi əvvəldə göstərilmiş qarışıq ilə doldurulur və cərgə ilə şüşə, ya da emallı qablara yığılır, aralarına duz tökülür və sirkə əlavə edilir. İç üçün sarımsaq, acı və şirin göy istiot, cəfəri, nanə, şüyüd, kərəviz götürülür, doğranır və duzlanır.


Həftəbecər

Həftəbecər hazırlamaq üçün təzə kələm, yerkökü, xörək çuğunduru, sarımsaq, acı göy istiot, faraş xiyar, keşniş, şüyüd, cəfəri, nanə, baş soğan, alma və kal pomidor eyni bərabərdə götürülüb təmizlənir, soyuq suda yuyulur, dilim şəklində doğranır, göyərti xırda-xırda kəsilir. Bu qayda ilə hazırlanmış tərəvəzə duz qatılıb şirəli saxsı qaba yığılır və üstünə sirkə tökülərək qapağı kip bağlanır. 5-7 gündən sonra həftəbecər hazır olur.

Marinada qoyulmuş xiyar

Marinada qoymaq üçün xırda xiyarlar götürülür. Xiyarlar təmiz yuyulur. Əgər bircə xiyarın üstündə azca da olsa torpaq qalarsa, bütün zəhmətiniz hədər gedə bilər, bankaların qapağı açılar. Bundan sonra təmiz yuyulmuş xiyarlar ləyənlərə, ya da vedrəyə yığılır, çiçəklənmiş şüyüd, cəfəri, dəfnə yarpağı təmizlənir, göyərtilər doğranır və ayrıca qablarda stol üstünə qoyulur. Sarımsaq dilimlənib təmizlənir, qara istiot dənələri təmiz yuyulub bir qırağa qoyulur. əvvəlcədən isti su və soda ilə yuyulmuş, sterilizə olunmuş balonlara bir qat iri doğranmış şüyüd, cəfəri, sarımsaq, dəfnə yarpağı, bir neçə dənə qara istiot tökülüb üstündən xiyarlar yığılır. Üç litrlik balona təxminən 2 kq xiyar yerləşir. Xiyarların üsyünə yünə də bir qat ədviyyat qoyulub qapaqla örtülür. Beləliklə, bir neçə balon doldurulandan sonra onların üstünə qaynar su tökülür. 5-6 dəqiqə keçəndən sonra su yenidən qazana boşaldılır, üstünə hər balon üçün 100 qram duz əlavə edilib qaynadılır. Su qaynayana qədər balonun içində bir xörək qaşığı sirkə cövhəri (essensiya) tökülür və qaynar duzlu su tökülüb balonun qapağı kip bağlanır, və başıaşağı qoyulub üstü isti bir şüylə örtülür. Balonlar bu vəziyyətdə bir sutka qalıb tədricən soyuyur ki, bu da sterilizasiyanı əvəz edir.

Duza qoyulmuş zeytun

Zeytun həm kal, həm də yetişmiş duzlanır. Kal zeytun dərilir (təxminən noyabr ayında) və saf-çürük edilir. Acılığı yox etmək üçün qələvi məhluluna (10 litr suya 175-200 qram natrium, ya da kalium qələvisi) qoyulur. Bu məhlulda zeytun ancaq üç günədək qala bilər. bundan sonra zeytun məhluldan çıxarılıb axar su altında yuyulur və hər gün dəyişmək şərtilə bir neçə gün təmiz suda saxlanır. Qələvinin tamam yox olmasını bilmək üçün zeytunun biri kəsilir və içinə fenolftalein (apteklərdə satılan purgen dərmanından istifaə etmək olar) sürtülür. Zeytunun içi qızarmırsa, deməli, qələvi təmizlənmişdir. Bundan sonra zeytunun üstünə duzlu su (1 litr qaynadılmış soyuq suya 50 qram duz) tökülüb turşumağa qoyulur. Turşuma vaxtı əmələ gələn qazın yaxşı çıxması üçün zeytun olan qabın qapağında deşik açılır və ora rezin borucuq keçirilir, ya da qapaqda bir neçə deşik açılır. Turşuma 15-20 gün çəkir. Bundan sonra zeytun hazır olur.

Duza qoyulmuş üzüm yarpağı

Duza qoymaq üçün ağ şanı üzümünün nazik yarpaqları götürülür. Onlar yuyulur, qaynar suya salınıb aşsüzəndə süzülür. Sonra dəst-dəst götürülüb (10-15 dənə) ortasına yarım çay qaşığı duz tökülür, dolma bükən kimi bükülüb sıx-sıx kiçik bankalara yığılır. Bankalar dolandan sonra üstünə bir çay qaşığı duz səpilir və qaynar su tökülüb dəmir qapaqlarla kip bağlanır. Qeyd: Təzə dərilmiş faraş yarpaqları aralarına bir az duz səpməklə susuz da bağlamaq olar.

Duza qoyulmuş pomidor

Duza qoyulmuş pomidor hazırlamaq üçün yetişmiş, lakin əzilməmiş pomidorlar təmiz yuyulur, əvvəldə göstərdiyimiz kimi yuyulmuş 3 litrlik balonlara yığılıb üstünə 1 xörək qaşığı duz tökülür və qaynar su əlavə edilib 20-25 dəqiqə sterilizə edilir. Sonra qapağı kip bağlanıb başıaşağı qoyulur. Bir həftədən sonra əgər pomidorun suyu bulanmayıbsa, çevirib soyuq yerdə qışa saxlanır. Belə pomidorları qışda həm xörək yanında vermək olar, həm də xörəyə işlətmək olar.

+2

2

PLOVLAR
Şüyüd plov

Düyü - 150q, ərinmiş yağ - 50q, yumurta - 2əd., süd 30q, şüyüd - 60q, zəfəran - 0,1q, duz.
Düyüdən adi qaydada plov hazırlanır və dəmə qoyulduqda narın doğranmış şüyüdlə qarışdırılır. Yumurtanı südlə çalıb omlet bişirir, paxlava şəklində doğranır. Boşqaba plov çəkilib üstünə omlet tiələri qoyulur və yağ tökülür. Bəzən omlet əvəzinə bişirilmiş qoyun əti götürülür.


Meyvə plov

Düyü - 150q, ərinmiş yağ - 50q, kişmiş - 30q, ərik qurusu - 25q, qaysı - 20q, qara gavalı qurusu - 25q, un 10q, yumurta - 1,6 əd., duz.
Südlü plov kimi hazırlanır, lakin düyü suda bişirilir. Dəmə yağda bişirilmiş meyvə ilə birlikdə qoyulur. Süfrəyə verildikdə plovun üstünə yağda bişirilmiş meyvə və qazmaq qoyulur, yağ tökülür.

Toyuq plov

Toyuq əti - 207q, düyü - 100q, baş soğan - 20q, badam ləpəsi - 10q, ərinmiş yağ - 10q, kişmiş - 50q, zirə - 0,1q, zəfəran - 0,1q, istiot - 0,1q, duz.
Toyuq suda hazır olunca suda bişirilir. Badam və meyvə yağda qovrulur, ayrı yağda qızardılmış soğan və zirə əlavə edilir. Ayrıca bişirlmiş plov boşqaba çəkilir, üstünə meyvə, toyuq ətinin tikəsi, qazmaq qoyulur və yağ tökülür.


Çığırtma plov

Toyuq əti - 216q, düyü - 150q, ərinmiş yağ - 40q, baş soğan - 40q, yumurta - 1əd., lumu turşusu - 0,05q, zəfəran - 0,1q, duz.
Emal edilib yuyulmuş cücə 35-40 qramlıq tikələrə doğranır, duzlanır və tavada yağ içində qızardılır. Bəzən cücə suda yarımhazır olana qədər bişirilir. Ona yağda qızardılmış soğan, lumu turşusu, istiot, zəfəran vurulur üzərinə çalınmış yumurta tökülüb qızdırıcı şkafda bişirilir. Süfrəyə verilən zaman boşqaba təpəcik şəklində düyü çəkilir, yanına hazır çığırtma və bir dilim lumu qoyulur, üzərinə yağ tökülür.

Şaşəndaz plov

Düyü - 150q, ərinmiş yağ - 50q, yumurta - 2 əd., baş soğan - 100q, lumu turşusu - 0,5q, şəkər - 5q, zəfəran - 0,1q, darçın - 0,2q, istiot, duz.
Soğan yağda qızardılır, lumu duzu və şəkər qatılır. Üstünə çalınmış yumurta əlavə edilib bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verdikdə plovun üstünə qayğanaq qoyulur, yağ tokülür və darçın səpilir.

Qiymə plov

Qoyun əti - 221q, düyü - 100q, ərinmiş yağ - 50q, kişmiş - 30q, zoğal axtası - 20q, baş soğan - 40q, şabalıd - 30q, zəfəran - 0,1q, un - 6q, yumurta - 1/8 əd., darçın - 0,2q, istiot - 0,1q, duz.
Qoyun əti qiyməsi tavada qızardılır, şabalıd təmizlənib xırda doğranır, kişviş və zoğal axtası ilə birlikdə yağda qovrulur və onların hamısı ətə qatılıb hazır olana qıdır bişirilir. Süfrəyə verdikdə ayrıca bişirilmiş plov boşqaba çəkilir, üstünə qazmaq və qiymə qoyulur, yağ tökülür və darçın səpilir.

Xam- döşəmə plov

Qoyun əti - 217q, düyü - 150q, ərinmiş yağ - 40q, kişmiş - 15q, qaysı - 15q, albuxara - 15q, xurma - 10q, şabalıd - 30q, qabaq - 100q, istiot - 0,1q, duz.
Quzu ətindən hər paya 2-3 sümüksüz tikə kəsib duz və istiot vurulur. Meyvə və şabalıd yağda bişirilir. Qazanın dibinə yağ töküb qaymaq əvəzinə dilim-dilim doğranmış qabaq, onun üstünə ət tikələri və meyvə-şabalıd qarışığı yerləşdirilir. Ayrıca bişirilmiş düyü onların üzərinə tökülür və zəif od üzərində dəmə qoyulur. Süfrəyə verilən zaman plov boşqaba çəkilir, yanına quzu əti, meyvə-şabalıd və qabaq qoyulur, üstünə yağ tökülür.


Səbzi-qovurma plov

Qoyun əti - 221q, düyü - 150q, ərinmiş yağ - 50q, baş soğan - 50q, göyərti (kəvər, keşniş, ispanaq, turşəng) -15q, lumu turşusu - 0,1q, və ya abqora - 5q, zəfəran - 0,1q, istiot - 0,1q, duz.
Yumşaq qoyun əti 35-40 qramlıq tikələrə doğranır, duz və istiot vurulub qızardılır. Ətin üzərinə yağda qızardılmış soğan, abqora, iri doğranmış göyərti əlavə edib bişirilir. Ayrıca bişirilmiş plovun bir hissəsinə zəfəran vurulur. Boşqaba çkilib yanına səbzi-qovurma qoyulur, üzərinə yağ tökülür.


Ov quşu ilə plov

Ov quşu (qırqovul, kəklik, və ya turac) - 330q, düyü - 120q, ərinmiş yağ - 40q, kişmiş - 30q, zoğal actası - 20q, qaysı - 25q, şabalıd - 50q, zəvərən 0 0,1q, duz.
Emal edilmiş ov quşu yarımhazır olana qədər bişirilir. Soğan yağda qızardılır, ona kişmiş, xırda doğranmış meyvə qurusu və şabalıd əlavə edilir. Sonra bunlar quşun içərisinə doldurulur. Düyüdən adi qaydada plov bişirilir, içi doldurulmuş duş təmiz tənzifə bükülür və qazanda düyünün altına yerləşdirilib dəmə qoyulur. Süfrəyə verilən zaman boşqaba düyü çəkilib üstünə qiymələnmiş duş əti qoyulur və yağ tökülür. Qiymələnmiş cücə plov da bu üsulla hazırlanır.


Ali müsəmbə plov

Qoyun əti - 221q, düyü - 150q, ərinmiş yağ - 50q, albuxara - 20q, qara gavalı qurusu - 40q, baş soğan - 50q, darçın - 0,2q, zəfəran - 0,1, mixək - 0,05q, istiot - 0,1q, duz.
Qoyun əti paylıq tikələrə doğranıb yağda qızardılır, az miqdarda bulyon, yağda qızardılmış soğan, qara gavalı, albuxara və ədviyyat qatılıb öz buğunda bişirilir. Ayrıca bişirilmiş plov boşqaba çəkilir, üstünə öz şirəsi ilə birlikdə hazır ət qoyulur, yağ tökülür və darçın səpilir.


Şirin plov

Düyü - 150q, ərinmiş yağ - 50q, kişmiş - 30q, ərik qurusu (qaysı) - 30q, şəkər - 30q, qara gavalı qurusu - 30q, buğda unu - 10q, yumurta - 1/6 əd., duz.
Meyvələr yağda şəkər etmək qovrulur. Düyüdən yarımhazır vəziyyətdə plov bişirilir, meyvə ilə qarışdırılıb dəmə qoyulur. Süfrəyə verdikdə təpəcik şəklində boşqaba çəkilir üstünə qazmaq və qara gavalı qurusu qoyulur.


Lobya-çilov plov

Qoyun əti - 221q, ərinmiş yağ - 50q, ağ lobya - 50q, düyü - 100q, kişmiş - 40q, baş soğan - 40q, zəfəran - 0,1q, darçın - 0,2q, istiot - 0,1q, duz.
Hər paya 2-3 tikə ət götürülür, duz, istiot vurulub soğanla qızardılır, zəfəran şirəsi və bulyon əlavə edilib hazır olunca bişirilir. Lobya və düyü ayralıqda bişirilir və süzülərək qarışdırılıb dəmə qoyulur. Kişmiş yağ içində ayrıca bişirilir. Süfrəyə verildikdə boşqaba düyü ilə lobya çəkilir, üstünə kişmiş, qazmaq qoyulur, yağ tökülür və darçın səpilir. Ət ayrıca verilir.

Fisincan plov

Qoyun əti - 220q, və ya toyuq əti - 21q, düyü - 150q ərinmiş yağ - 50q, qo ləpəsi - 50q, nar - 50q, və ya narşərab - 15q, lumu turşusu - 2q, və yaxud abqora - 15q, baş soğan - 20q, darçın - 0,2q, zəfəran - 0,1q, istiot - 0,1q, duz.
Toyuq əti tikələrə doğranır, duz və istiot vurulub qarışdırılır. Suda ərinmiş lumu duzu və ya abqora qara çığın tavada qaynadılıb doyülmüş qozun üstünə tökülür. Hazırlanmış toyüğa yağda qızardılmış soğan, qoz ləpəsi, azacıq bulyon, nar dənələri, darçın vurulub hazır olunca bişirilir.
Fisincanı ətdən hazırladıqda qoyun əti qiyməsindən küftəcilər yumurlanır, yağ-su qarışığında bişirilir və toyuq ətindən fisincanda olduğu kimi hazır vəziyyətə gətirilir. düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir, yanına fisincan və bir tikə qazmaq qoyub üstünə yağ tökülür.


Südlü plov

Hisə verilmiş kütüm - 182q, düyü - 100q, ərinmiş yağ - 40q, süd - 250q, buğda unu - 20q, kişmiş - 50q, ərik qurusu - 50q, xurma - 25q, şəkər - 20q, yumurta - 1/10əd., zəfəran -0,1q, duz.
Düyü süddə yarımhazır olana qədər bişirilir, şəkər, yağ və zəfəran vurulub 1 saat saxlanılır. Sonra düyü kəfkirlə asılır, dibinə un, yumurta və sudlan hazırlanmış nazik lavaş salınan qazanın içinə tökülüb 30-40 dəqiqə dəmə qoyulur. Kişmiş, ərik qurusu və xurma yağda bişirilir. Süfrəyə verdikdə boşqaba düyü çəkilir, yanına qazmaq vəilmiş meyvə qoyulur. Plovun yanında ayrıca buğda bişirilmiş kütüm balığı verilir.


Kükü plov

Hisə verilmiş kütüm - 180q, düyü - 100q, ərinmiş yağ - 50q, yumrta 1 əd., təə bulka - 40q, istiot - 0,1q, duz.
Kütüm küküsü hazırlanır. Düyü və lobya ayrılıqda bişirilir, qarışdırılır, yağ vurulub dəmə qoyulur. Süfrəyə verdikdə boşqaba lobyalı plov çəkilir, yanına ayrıca paxlava şəklində doğranmış kütüm küküsü qoyulur.


Qiymə-çığırtma plov

Qoyun əti - 165q, düyü - 150q, ərinmiş yağ - 50q, baş soğan - 30q, yumurta - 2 əd., zəfəran - 0,1q, istiot - 0,5q, duz.
Qoyun ətindən hazırlanmış qiymə yağda qızardılır, ayrıca yağda qızardılmış soğan qatılır, üstünə çalınmış yumurta vurulub qızdırığı şkafda bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verildikdə boşqaba plov çəkilir, üstünə qiymə-çığırtma qoyulub yağ tökülür.

+2

3

Şəkərbura

Əla buğda unu - 240q, ərinmiş yağ - 60q, üzlü süd - 80q, yumurta - 1 əd., maya - 8q, təmizlənmiş badam və yafındıq - 200q, şəkər tozu - 200q, hil - 0,2q, duz.
Süd 30-350 S -yə qədər qəzdırılır, ona maya, duz, yumurta, ərinmiş yağ və ələnmiş un qatılıb bərk xəmir yoğrulur. Xəmir 1-1,5 saam saxlanılır və 30 qramlıq kündələrə bölünür. Kündələr 2 mm qalınlığında kiçik dairələrə yayılır. Bu dairələrin arasına iç qoyulub örtülür və kənarlarf vintvari bükülür, üzərinə müxtəlif naxışlar vurulur. Şəkərburanı 160-1800 S-də 25-30 dəqiqə bişirilir.
İç hazırlamaq üçün qabığı təmizlənmiş badam və ya qovrulmuş fındıq sürtgəcli maşından keçirilib narın üyüdülür, 1:1 nisbətində toz şəkərlə qarışdırılır, ətirli olması üçün döyülmüş hil qatılır.

Bakı paxlavası
Əla buğda unu - 240q, ərinmiş yağ - 60q, üzlü süd - 80q, yumurta - 1əd, maya - 8q, təmizlənmiş badam və ya qoz ləpəsi - 200q, şəkər - 200q, zəfəran - 0,4q, vanilin - 0,2q, bal - 20q.
Xəmirin yoğrulması və için hazırlanması şəkərburada olduğu kimidir. Xəmir 0,5mm qalınlığında yayılır. Tavanın dibinə yağ sürtülür və xəmir qatı sərilib üstünə 3-04 mm qalınlığında iç tökülür. İçliyin üstünə ikinci xəmir qatı salınır, yağ sürtülüb yenidən içlik tökülür və bu qayda 8-10 qata qədər davam etdirilir. Sonra paxlava 10x4 sm ölçüdə romb şəklində kəsilir, üst qatına zəfəran şirəsi qatılmış yumurta sarısı çəkilir. Hər paxlavanın ortasına yarım ləpə və ya püstə qoyulur. Paxlavanı 180-2000 S-də 35040 dəqiqə bişirirlər. Hazır olmağa 15 dəq. qalmış üstünə şərbət və yaxud bal tökülür.

Şəkərçörəyi
Əla növ buğda unu - 350q, ərinmiş yağ - 260q, şəkər kirşanı - 300q, yumurta - 1əd, vanilin - 3q.
Ərinmiş yağ şəkər kirşanı ilə 25-30 dəq.çalınır, bu zaman ona az-az yumurta ağı əlavə edilir.Çalıntıya vanilin və ələnmiş un qatılır, xəmir yoğrulur. Həmin xəmirdən 60-70 qramlıq girdə kündələr hazırlanır, perqament kağızı sərilmiş listlərə düzülür, üzərinə yumurta sarısı çəkilib 175-1800 S istilikdə 25-30 dəq. bişirilir. Şəkərçörəyi soyuduqdan sonra üzərinə şəkər kirşanı səpilir.

Şor qoğal
Əla növ buğda unu - 726q, quyruq cızdağı - 300q, yumüurta - 1 əd., quyruq yağı - 60q, maya - 15q, zirə - 1q, zəfəran - 0,5q, razyana - 2q, qara istiot - 0,5q, xaşxaş - 3q, duz.
Una su, duz və maya qatılıb xəmir yoğrulur. Xəmir gəldikdən sonra ondan 9-11 kündə hazırlanır. Kündələr nazik yayılır və hır laya yağ sürtülüb üst-üstə yığılır. Yayılıb üst-üstə yığılmış xəmir iri kvadratlarla doğranır, onlar rulet kimi bükülür, burulur və yastılanaraq kökə şəklinə salınır. Ortasına içlik qoyulur. Quyruq cızdağı ətçəkən maşından keçirilir, ona yumurtanın adı, ədviyyat və duz qatılıb yaxşı çalınır, və bir qədər un əlavə edilib iç hazırlanır. Səthinə zəfəran şirəsi ilə çalınmış yumurta sürtülür, xaşxaş səpilir və 230-2400 S temperaturda 20-25 dəqiqə bişirilir.

Şəki paxlavası
Düyü unu - 280q, şəkər - 420q, fındıq ləpəsi - 140q, lumu turşusu - 1q, keşniş toxumu - 2q, hil - 0,5q, zəfəran - 0,2q.
Düyü ununa 120 ml su əlavə etmələ duru xəmir hazırlanır. Həmin xəmiri 11 gözcüyü olan xüsusi qıfdan qızdırılmış tiyana tökməklə tor formalı riştə bişirlir. Fındıq ləpəsi üyüdülür, döyülmüş keşniş toxumu və hil ilə qarışdırılır. Miss məcməyi yağlanır,8 ədəd riştə üst-üstə qoyulub üzərinə iç tökülür. Üzərinə 5 ədəd riştə qoyulub dairəvi formaya salınır. Raxlavanın səthi zəfəranla kvadrat şəklində bəənir. 15-20 dəqiqə kömür od üzərində hər iki üzü bişirilir. Paxlavaya şəkər, lumu turşusu və 100 ml Sudan hazırlanmış qaynar şərbətlə isladılır. 8-10 saat saxlanılır ki, şərbət paxlavanın içinə hopsun.

Qozlu Ordubad dürməyi
Əla növ buğda unu - 400q, xama - 180q, kərə yağı - 120q, qoz ləpəsi - 220q, şəkər tozu - 180q, bal - 40q, darçın - 2q, yumurta - 1 əd.
Xəmir hazırlamaq üçün kərə yağı xama ilə qarışdırılır, ələnmiş un töküb xəmir yoğrulur. İç hazırlamaq üçün qoz ləpəsi azacıq tavada qovrulur, ətçəkən maşından keçirilir, şəkər tozu, bal və ədviyyat qatılıb qarışdırılır. Xəmir 300 qramlıq paylara bölünüb 3-4 mm qalınlıqda yayılır. Yayılmış xəmir üzərinə hama lay şəklində 200 qram içlik qoyulur və xəmir bükülərək rulet formasına salınır. Üzərinə yumurta sarısı sürtülür, 190-2000 S tempraturda 30-35 dəqiqə bişirilir. Bəzən xəmir maya ilə hazırlanır.

Badamlı borucuq
Əla növ buğda unu - 410q, xama - 185q, kərə yağı - 120q, badam - 220q, şəkər tozu - 180q, hil - 5q, şəkər kirşanı - 35q, maya - 10q, konyak - 3q, duz.
Una kərə yağı, xama, şəkər kirşanı, duz və maya əlavə edilib xəmir yoğrulur. İç hazırlamaq üçün badam qaynar suda pörtülür, qabığı təmizlənir və qurudulur. Quru badam sürtgəcli maşında üyüdülür, ona şəkər tozu, hil və konyak əlavə edilib qarışdırılır. Xəmir gəldikdən sonra 40 qramlıq paylara bölünür. Bundan sonra qolu borucuqda olduğu kimi hazırlanır.

Qozlu borucuq
Əla növ buğda unu - 432q, xama - 200q, kərə yağı - 125q, qoz ləpəsi - 200q, şəkər tozu - 160q, bal - 40q, darçın - 2q, yumurta - 1ədəd.
Xəmirin və için hazırlanması Ordubad dürməyində olduğu kimidir. Xəmir 40 qramlıq paylara bölünür və bunlar bir ucu digərindən bir qədər enli olan lentlərə yayılır. Xəmirin enli tərəfinin üstünə 30 qram içlik qoyulub lentin ucları bükülərək borucuq formasına salınır. Üzərinə yumurta sarısı sürtülür. 180-2000 S-də 20-30 dəq. bişirilir. Xəmiri çox vaxt maya ilə hazırlayırlar.

Lənkəran külçəsi
Xəmir üçün 1-ci növ buğda unu - 460q, maya - 10q, şəkər - 70q, yumurta - 1 əd., xama - 32q, xaşxaş - 6q, kərə yağı - 50q, duz.
İç üçün: 1-ci növ buğda unu - 200q, şəkər kirşanı - 95q, kərə yağı - 100q, zəfəran - 0,2q.
Un, şəkər və xama ilə mayalı xəmir yoğrulur. İç hazırlamaq üçün kərə yağı, şəkər kirşanı və zəfəran şirəsi çalınır və un əlavə edilir. İç dağıla bilən kütlədən ibarət olur. Xəmir gəldikdən sonra onu yayır, üzərinə kərə yağı sürtülür, bir neçə dəfə əl ilə yayıb qatlayır və yumşaldılır. Xəmir 80 q çəkidə doğranır, 0,8-10 sm qalınlaqda kvadrat formada yayılır, üzərinə 30-32 qram iç qoyulur və qıraqları mərkəzə tərəf birləşdirilir. Sonra iki əl arasında basılmaqla yayılır və ona dairəvi forma verilir. 45-50 dəq. istirahətə qoyub üzərinə yumurta sürtülür, xaşxaş səpilir və 180-2000 S tempraturda 20-25 dəq.bişirilir.

Quba tıxması
Əla növ buğda unu - 520q, kərəli marqarin - 190q, üzlü süd - 127q, yumurta - 2 əd., maya - 8q, zəfəran 0 0,3q, duz. İç üçün: əla növ buğda unu - 130q, kərə yağı - 64q, şəkər - 127q, hil - 0,3q, muskat qozu - 0,3q.
Xamirin yoğrulması və için hazırlanması Lənkəran külçəsində olduğu kimidir. Lakin xəmirə şəkər qatılmır. Hazır xəmir yayılır, üzərinə yağ sürtülür, dürmək formasında bükülür, dartılaraq 90-100 qramlıq tikələrə doğranır. Hər xəmir tikəsi vintvari burulur, azacıq yastılandırılır, üzərində çökək yerlər düzəldilir və oraya 35-40 q iç qoyulur. Xəmirin kənarları mərkəzə birləşdirilməklə için üstü örtülür. Birləşdirilmiş tərəfi aşağı olmaq şərtilə 90-100mm diametrdə dairəvi formada yayılır, üzərinə halqavari bəzək vurulur, 20-25 dəq istirahətə qoyuluru və səthinə yumurta sürtülüb 180-2000 S-də 35040 dəqiqə bişirilir.

Bakı qorabiyyəsi
Əla növ buğda unu - 583q, kərə yağı - 350q, şəkər kirşanı - 152q, yumurta ağı - 40q, iç üçün ərik püresi - 30q, şəkər tozu - 30q.
Kərə yağı şəkər kirşanı ilə yaxşı qarışdırıldıqdan sonra ona yumurta ağı əlavə edib çalınır, ələnmiş un vurulur və yaxıntılı konsistensiyalı xəmir yoğrulur. Xəmir çobanyastığı, sübüqcuqlar və digər formada 25-28 q çəkidə listlərə çökdürülür. Çobanyastığı formalı qorabiyyələrin ortasında oyuqlar açılır və oraya meyvə püresi və şəkər tozundan hazırlanmış iç qoyulur. İçin miqdarı hər peçenye üçün 2-2,5 qramdır. Qorabiyyə 250-2700 S-də 9-10 dəqiqə bişirlir.

Azərbaycan nanı
Əla növ buğda unu - 325q, kərə yağı - 160q, şəkər kirşanı - 95q, kişmiş - 80q, sukat - 50q, yumurta 115q, fındıq ləpəsi - 50q, zəfəran - 0,06q, ammonium - 12q, pomada üçün şəkər tozu - 245q, patka - 25q, quru karmin boyağı.
Xəmir yoğurmaq üçün lazım olan fındıq xırdalanır, sukat xırda doğranır, kərə yağı şəkər kirşanı ilə bircinsli kütlə alınana qədər çalınır. Sonra buna yumurta, zəfəran şirəsi, fındıq, kişmiş, sukat və ammonium karbonat əlavə edilir, yaxşıca qarışdırılır. Ələnmiş un tökülüb tez xəmir yoğrulur. Xəmir yoğrulması ilə bərabər eyni zamanda şəkər tozu və patkadan pomada hazırlanır. Xəmir ),5 kq-lıq kündələrə bölünür və hər pay 30-35 mm diametr ölçüsündə baton şəklinə salınıb içinə perqament kağızı sərilmiş dəmir listlərə düzülür. Üzərinə yumurta sürtülür, 180-2000 S tempraturda 20-25 dəq. bişirilir. Soyuduqdan sonra üzərinə çəhrayı pomada çəkilir, pomada bərkidikdən sonra baton 40 mm enində qıyqacı dilim formasında tikələrə doğranır.

Şəki oyması (fətir)
Birinci növ buğda unu - 617q, şəkər - 195q, kərə yağı - 74q, süd və ya qatıq - 150q, yumurta 2ədəd, maya - 10q, ədviyyat qarışığı (hil, zəncəfil, keşniş toxumu, muskat qozu, c.vüz, darçın) - 5q, zəfəran - 0,1q, xaşxaş - 3q, duz.
Opara üsulu ilə mayalı yağlı şirin xəmir yoğrulur. Xaşxaş, yumurta sarısı və zəfəran şirəsinin bir hissəsi ovmanın üzərinin bəzənməsi üçün saxlanılır. Xəmir gəldikdən sonra 700-800 qramlıq paylar kəsilir, 15-20 mm qalınlıqda 180-190 mm diametrdə yayılır, üzərinə naxış vurulur, 25-30 dəqiqə saxlanıldıqdan sonra üzərinə zəfəranlı yumurta sürtülür.Xaşxaş səpilir, 30-35 dəqiqə ərzində 190-200 0S temperaturda bişirilir.

Bamiyə
Əla növ buğda unu - 527q, şəkər tozu - 235q, yumurta - 1 əd., bitki yağı - 120q, çay sodası - 0,5q, duz - 5q.
Una çay sodası və qanar su əlavə edib dəşlənmiş xəmir yoğrulur və soyuduqdan sonra ona yumurta qatılır. Xəmir ətçəkən maşında keçirilir. Lakin ətçəkən maşina bıçaq yerinə 0,15 mm qalındılığında və ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7-8 sm uzunluqda bərabər hissələrə bölünür. Bamiyə bitki yağı frityurunda qızardılır, şəkər şərbətində hopturulur və quruduqdan sonra üstünə şəkər kirşanı səpilir.


Fəsəli
Əla növ buğda unu - 780q, maya - 20q, şəkər tozu - 55q, quyruq yağı - 110q, (və ya quyruq cızdağı). Ədviyyat - keşniş toxumu, hil, darçın, zəncəfil, hər birindən - 2-3q, duz - 5q.
Una maya, su və duz qatılıb xəmir yoğrulur. Xəmir 1,5-2 saat saxlanılr və 100 qramlıq kündələrə kəsilib 0,5 mm qalınlığında yayılır. xəmirin üzərinə əvvəlcədən narın döyülmüş, ədviyyat qatılmış yağ sürtülür və 5-6 qat bir-birinin üstünə salınaraq düzbucaqlı formasında kəsilməklə rulet burulur. Həmin rulet vertikal istiqamətdə yastılanaraq diametri 10-12 sm, qalınlığı isə 1,5-2,0 sm girdə kökəcik şəklinə salınır. Fəsəli hər iki tərəfdən tavada bişirilir. Süfrəyə verdikdə üstünə şəkər kirşanı səpilir və ya yanına ayrıca bal qoyulur.


Şirin nazik
Əla növ buğda unu - 700q, ərinmiş yağ - 200q, şəkər kirşanı - 115q, yumurta sarısı - 1əd., maya - 2q,zəfəran - 0,03q, duz - 1,5q.
520 qram un, 90q yağ və duz əlavə edilməklə mayalı xəmir yoğrulur. İçlik hazırlamaq üçün 70 qram yağa zəfəran şirəsi və şəkər kirşanı qatılıb yaxşıca qarışdırılır, sonra üzərinə tədricən 140 q un tökülüb bircinsli kütlə alınana qədər qarışdırılır. Xəmir gəldikdən sonra 3-5 mm qalınlığında yayılır, üzərinə yağ sürtülüb bir neçə dəfə qatlanmaqla qat-qat xəmir əldə edilir. Xəmirin ortasına içlik qoyulur, kənarları qatlanaraq mərkəzə birləşdirilir və 10-12 mm qalınlıqda yayılır. Beləliklə qat-qat xəmirdən hazırlanmış içlikli kökə yağlı listə qoyulub, üzərinə yumurta sarısı sürtülür, çəngəllə bəzək vurulur. Şirin nazik 200-2200 S temperaturda 25-30 dəqiqə bişirilir.

Riştə paxlava
Gəncə paxlavası kimi hazırlanır, lakin axırıncı üst xəmir layı əvəzinə riştə qoyulur və romb şəklində doğranır. Riştəni ev şəraitində hazırlanan buğda nişastasından və ya düyü unundan «Şəki paxlavası»nda olduğu kimi bişirirlər.


Gəncə paxlavası
Xəmir üçün: əla növ buğda unu - 300q, yumurta 1/2 əd., duz - 3q; İçlik üçün: Badam- 180q, şəkər tozu - 180q, darçın - 3q.; Şərbət üçün: şəkər - 160q, bal - 40q.; Təbəqələrin arasına sürtmək üçün yağ - 40q, səthinə sürtmək üçün yumurta - ½ ədəd.
Xəmir və içlik şəkərburada olduğu kimi hazırlanır. Xəmir 1-3 mm qalınlığında yayılır və yağ sürtülmüş listin içinə sərilir. Xəmirin üzərinə əridilmiş yağ sürtülür, bunun da üstünə üstünə yağ sürtülmüş ikinci qat xəmir salınır. Hər üç qatdan sonra 4-5 mm qalınlığında içlik yayılır. Gəncə paxlavası 23 qatdan ibarət olur, o cümlədən 18 qat xəmir, 5 qat isə badam içliyi. Peçə qoymazdan əvvəl paxlava romb şəklində kəsilir, üstünə yumurta sürtülür. Paxlava istiliyi 180-2000 S olan peçdə 30-35 dəq. ərzində iki dəfəyə bişirilir. Peçə qoyulandan 10-12 dəq sonra list çıxarılıb paxlavanın üstünə şərbət tökülür. Şərbət şəkər və baldan hazırlanır. Üstünə şərbət tökülmüş paxlava peçdə hazır olana qədər bişirilir. Paxlava bişirildiyi listdə də soyudulur.

Səməni halvası
Buğda - 100q, 1-ci növ buğda unu - 500q, ərinmiş yağ - 100q, doşab - 200q, qoz ləpəsi - 100q, cirə - 2q, istiot - 1q, darçın - 2q, razyana - 1q.
Buğdadan adi qayda üzrə səməni cücərdir. Səməni cücərtiləri sarımtıl rəngdə olduqda ətçəkən maşından buraxılır, şirəsi tənzifdən süzülür və un əlavə edilib xəmir yoğrulur. Xəmir yağlanmış miss tiyana qoyulur. zəif Alov üzərində arabir çevrilmək şərti ilə (yanmasın deyə) 4 saat ərzində bişirilir. Hər dəfə xəmiri çevirdikdə altına azacıq yağ tökülür. Axırda kütləyə xırdalanmış qoz ləpəsi, ədviyyat və doşab vurulub yaxşıca qarışdırılır. Hazır halvadan iri bitoçki formasında paylar düzəldilir.

Tər halva
Əla növ buğda unu - 400q, ərinmiş yağ - 200q, doşab - 250q və ya şəkər tozu - 200q, darçın - 2q.
Tavada qızdırılmış yağa un əlavə edilib qızılı rəngə çatınca qovrulur. Sonra buna doşab və ya şəkər şərbəti qatılır və arası kəsilmədən qarışdırılaraq qızdırılır. Halva dayaz desert boşqaba qoyulur, üstünə darçın səpilir. Bəzən halvanı lavaşa bükürlər. Doşab əvəzinə baldan da istifadə etmək olar., bu zaman halvanın keyfiyyəti yaxşılaşır.

Şəkər pendir
Şəkər tozu - 830q, patka - 250q, vanilin - 0,25q.
Qazana şəkər tozu və su tökülüb 8-10 dəq ərzində 105-1100 S temperaturda qaynadılır. Sonra patka əlavə edib orta karamel nümunəsinə (nəmliyi 3-3,5% qalanadək) gəlincə bişirilir. Hazır karamel kütləsi mərmər masanın üzərinə (yağlanmış tavaya da tökmək olar) tökülüb 70-80 0S temperatura qədər soyudulur, vanil əlavə edilir. Karamel kütləsi övkələnir və tamamilə ağarınca əldə dartılır. Sonrakı əməliyyat şəkər kirşanı səpilmiş taxta massa üzərində aparılır. Burada karamel kütləsi baton şəklində yayılır və batonun ucu qayçı vasitəsilə əyri yastıq formasında tikəciklərə doğranılır.

Şəki külçəsi
1-ci növ buğda unu - 750q, şəkər tozu - 65q, ərinmiş yağ - 150q, (və ya quyruq yağı), yumurta - 1 əd., maya - 15q, duz - 3q, ədviyyə qarışığı (keşniş toxumu - 2q, hil - 2q, zəncəfil - 2q, darçın - 2q, vanil - 1q, zəfəran - 1q) üstünə səpmək üçün xaşxaş.
Un ələnir,ona yağın və yumurtanın yarısı, şəkər, isti suda açılmış maya qatılıb bərk xəmir yotrulur. Xəmir gəlmək üçün 32-350 S temperaturda 1-1,5 saat saxlanılır. Ədviyyələr üyüdülüb yağın qalan hissəsi ilə qarışdırılır. Külçə xəmiri yetişdikdən sonra ondan 300-600 qramlıq kündələr hazırlanır. 0,5-0,7mm qalınlığında yayılır. Xəmirin üzərinə yağlı-ədviyyəli qarışıq sürtülüb dürmək kimi bükülür və yenidən 1,5 sm qalınlığında girdə formaya salınır. 25 dəqiqə istirahətə qoyulduqdan sonra üzünə yumurta sürtülür, xüsusi külçə forması ilə naxışlanırö çəngəllə deşdəklənir və xaşxaş səpilib 190-2000 S temperaturda 25-30 dəqiqə ərzində bişirilir.

Qırmabadam
Düyü unu - 84q, şəkər tozu - 675q, fındıq ləpəsi - 285q, yumurta ağı - 35q, lumu turşusu - 1q, keşniş toxumu - 2q.
Şəkər tozu su ilə qaynadılır, lumu turşusu əlavə edilib tərkibində 5-6 faiz su qalanadək bişirilir. Bişmiş karamel kütləsini çala-çala soyudur və istiliyi 50-600 S olduqda üzərinə yumurta ağı əlavə edilir və çalınma sürətləndirilir. Çalıntının hazır olması onun ağ rəngindən və soyuduqda simasından bilinir. Çalınmış kütləyə xırdalanmış fındıq ləpəsi və keşniş toxumu əlavə edilib qarışdırılır və 0,5-0,7 sm qalınlığında 15x8 sm ölçüdə formalanır. Üzərinə qovrulmuş düyü unu səpilir.

Tel
Əla növ buğda unu - 200q, şəkər tozu - 520q, ərinmiş yağ - 270q, lumu turşusu - 2q.
Şəkər tozu su ilə qaynadılır, lumu turşusu əlavə edilib tərkibində 3-4 faiz su qalanadək bişirilir. Karamel kütləsi yağlanmış mərəmr stola tökülüb bir qədər soyudulur. İstiliyi 70-750 S olan kütlə çəkilib ağardılır. Eyni zamanda yağ tavada qızdırılır, üzərinə un əlavə edilir və qovrulur. Qovrulmuş kütlənin tavanın hər yerindən qaynamısı onun hazır olmasını göstərir. Bundan sonra qovrulmuş un təknə içərisində karamel kütləsi ilə qarışdırılıb çəkilir və məhsul çap şəkilində saçaqlanır. Haırlanmış tel tez bir zamanda soyudulur.

Gülablı qovut
Qovurulmuş buğda - 50q, qoz ləpəsi - 30q, zəfəran - 0,5q, darçın və keşniş toxumu - 0,05q, gülab - 10ml.
Şəkərdən 1:1 nisbətində şərbət hazırlanır, soyudulur, zəfəran şirəsi və gülab əlavə edilir.. Qovrulmuş buğda əl dəyirmənı və ya qəhvə üyüdülən maşında üyüdülür, xırdalanmış qoz ləpəsi və ədviyyat qatılır, üstünə şərbət tökülüb yaxşıca qarışdırılır. Alınmış kütlə bitoçki formasına salınır, səthinə dama-dama naxış vurulur.

Şamaxı mütəkkəsi
Xəmir üçün əla növ buğda unu - 500q, yumurta - 2 ədəd, kərə yağı - 100q, süd - 1 stəkan, şəkər kirşanı - 50q, maya - 10q, duz. İçlik üçün: ərik povidlası - 150q, şəkər tozu - 100q, vanil - 1/3q, üstünə səpmək üçün şəkər kirşanı - 50q.
Maya isti süd içərisində açılır, üzərinə yumurta, duz, şəkər kirşanı əlavə edilib yaxşıca qarışdırılır. Sonra un əlavə edilib 15 dəqiqə ərzində xəmir yoğrulur. Yetişmək üçün xəmir 1,5 saat isti yerdə saxlanılır. Eyni zamanda ərik povidlası şəkər tozu ilə qarışdırılıb qatı kütlə əmələ gəlincə bişirilir və soyudulur. Xəmir 4-5 mm qalınlığında yayılıb üzərinə ərinmiş kərə yağı sürtülür və üsbucaqlar formasında kəsilir. Kəsilmiş xəmirlərin hər birinə içlik qoyulub üçbucağın təpəsi məmulatın üstündə qalmaq şərtilə burulub borucuq şəklinə salınır. Məmulat 190-2000 S temperaturda 10-15 dəqiqə ərzində qızdırıcı şkafda bişirilir.

+1

4

Qozlu badımcan salatı

+3

5

Azərbaycan və Dünya Mətbəxlərinə Səyahət
http://www.azcookbook.com/azeri/

Balıq Ləvəngi

http://s42.radikal.ru/i098/1002/7a/7c425862e5e8.jpg

Lənkəranın balıq ləvəngisi Azərbaycan mətbəxinin ən gözəl nümunələrindəndir. Ən ləzzətli ləvəngi yalnız Xəzər dənizində tapılan kütüm balığından bişirilir. Ləvənginin tərkibini qoz ləpəsi, soğan, lavaşana, duz və istiot təşkil edir. Yeməyin hazırlanması heç də çətin deyil -əsası odur ki, təzə balıqdan istifadə edəsiniz. Əgər  balığın kürüsü varsa, onu atmayın. Ondan da çox ləzzətli ləvəngi içi hazırlamaq olar. Kürünü qoz və digər ərzaqlara əlavə edib qarışdırın. Qozun miqdarını bir az azaldın.

Ləvəngi  balığın yanında süfrəyə bütün balıq yeməklərində olduğu kimi, mütləq narşərab verilir.

Balıq Ləvəngi

6-8 porsiya üçün nəzərdə tutulub

1 ədəd iri kütüm
1  ədəd iri baş soğan
1 ½ stəkan qoz ləpəsi
2 xörək qaşığı palçıq turşu + üstünə və içinə sürtmək üçün (lavaşana da istifadə edə bilərsiniz: bunun üçün lavaşananı isti suda yumuşalana qədər həll edin)
zövqə görə duz
zövqə görə istiot

1. Balığın pulcuqlarını təmizləyin, içalatını çıxardın.  Sonra isə balığı yuyun və yaxşıca qurulayın. İçini və üstünü duzlayıb istiotlayın.

2. Ləvəngi içini hazırlayın. Soğanı ət maşınından keçirin. Tənzifə qoyun və suyunu yaxşıca sıxın.  Qozu da maşından keşirin. Bir qabda soğanı, qozu, palçıq turşunu, və zövqə görə duz-istiotu qarışdırın.

3. Sobanı 180˚C-dək qızdırın.

4. Balığın içinə və üstünə palçıq turşu sürtün. İçini ləvəngi içiylə doldurun. Balığı mətbəx ipiylə tikin və yaxud kokteyl çubuğuyla (cocktail stick) bərkidin.

http://i069.radikal.ru/1002/01/356d8fe68ee6.jpg

5. Balığı soba listinə qoyub qızdırılmış sobada üstü qızarana və içi bişənədək (təxminən 45 dəqiqə ərzində ) bişirin.

6. Yanında narşarabla süfrəyə verin. Nuş Olsun!

http://s004.radikal.ru/i207/1002/d1/70eae6fb42dc.jpg

+1

6

Такое блюдо я ела в Баку. Очень понравилось.

Lahmacun + Ayran

http://s003.radikal.ru/i203/1002/73/5e71c7d71f4c.jpg

Çoxdandır sizə söz verdiyim resepti nəhayət ki, sizə çatdırıram. Aranızda lahmacunu xoşlamayan var? Mən şəxsən çox xoşlayıram. Hələ yanında buz kimi soyuq ayran olanda, heç özümü saxlaya bilmirəm. İlk dəfə lahmacunu deyəsən tələbəlik illərim vaxtı yemişdim, dadı damağımda qalmışdı.  O vaxtlar, yəni 90-cı ilin ortaları lahmacun təzə-təzə məşhurlaşmağa başlayırdı. İndi isə onu Azərbaycanda tanımayan az olar. Əsl lahmacun təndirdə bişirilir, və belə lahmacunun özünəməxsus dadı olur, elə bütün təndirdə bişən çörəklər kimi. Burada mənim üçün təndiri sobam əvəz edir. Lahmacunum heç də pis alınmır. Sizə də nuş olsun. Və ya Türkcə desək - Afiyət Olsun!

LAHMACUN
Resept kiçik dəyişikliklər etməklə Özcan Özanın - The Sultan’s Kitchen: A Turkish Cookbook - kitabından götürülmüşdü.

8 ədəd lahmacun üçün

Xəmiri Üçün:
1 xörək qaşığı quru maya
1 çay qaşığı şəkər tozu
1  3/4 stəkan ilıq su
4 stəkan əla növ un
2 çay qaşığı duz

Üstü Uçün:
225 q çəkilmiş qoyun əti
1 ədəd kiçik soğan - xırda-xırda doğranmış  (1/2 stəkan)
3 ədəd yetişmiş pomidor - qabığı soyulmuş, sıxılaraq dənəsi çıxarılmış və xırda-xırda doğranmış  (1stəkan)
3/4 stəkan xırda-xırda doğranmış cəfəri
3 diş xırda-xırda doğranmış sarımsaq
1 xörək qaşığı acı qırmızı bibər tozu
2 çay qaşığı şirin qırmızı bibər tozu (paprika)
duz
4 xörək qaşığı soyuq su

Süfrəyə Vermək Üçün:
cəfəri
limon
ayran (resept aşağıda)

Əvvəcə xəmiri hazırlayın. Bir qabda maya, şəkər və 1/2 stəkan ilıq suyu maya həll olana qədər qarışdırın. Qoyun isti yerdə 10 dəqiqə, üstü köpüklənənədək qalsın.  1 stəkan unu iri qaba ələyin. Üstünə mayalı qarışığı əlavə edib, qarışdırın. Qabın üstünü sellofanla örtüb 30 qədiqəlik isti yerə qoyun ki, qarışıq gəlsin və süngər (qubka) kimi olsun. Sonra qalan unu da bu qarışığa əlavə edin. Duzu və qalan 1  1/4stəkan suyu da əlavə edib, yaxşıca qarışdırın.

Xəmiri 10 dəqiqə ərzində yoğurun. Hazır xəmir elastik olmalı və ələ yapışmamalıdır. Xəmiri iri qaba qoyub üstünü dəsmalla örtün.  1 saatlıq isti yerə qoyun ki, xəmir gəlsin.

İçi hazırlayın. Bunun üçün içə ayrılan ərzaqları bir qaba qoyub, yaxşı qarışanadək yoğurun.

Sobanı 230Cdək qızdırın. İri dəyaz formanı tərs çevirin (şəkilə bax) və üstünü bir az unlayın. Kənara qoyun.

Gəlmiş xəmiri  bir az un səpilmiş yerə qoyun və əlinizlə ona uzunsov şəkil verin. İti bıcaqla 8 hissəyə  bölün. Hissələri kündələyib ovcunuzla üstlərinə  basaraq, bir az yastıladın. Sonra isə bu kündələrin üstünü sellofan və ya dəsmalla örtüb, 20 dəqiqəlik isti yerə qoyun ki, dincəlsinlər.

Sonra isə kündələrin birini unlanmış yerdə 25 sm-lik çox  nazik dairə əldə edənədək oxlovla açın və unlanmış formaya qoyun. Dairənin üstünə içdən yayın. Lahmacunu istinmiş sobada ət bişənədək, təxminən 7 dəqiqə bişirin. Bişən lahmacunu sobadan çıxardan kimi, kənarlarındakı xəmirə yağ sürtün (bu, kənarlarını yumuşaldacaq). Bir lahmacun bişənədək, digər kündələri də eyniylə açıb, içdən yayıb, bişirin. Lahmacunu isti-isti süfrəyə verin. Üstünə limon sıxıb, cəfəri qoyub yeyin. Süfrəyə ayran da verilir.

Bu da mənim ayran reseptim.

AYRAN
4 stəkan qatıq
4 stəkan soyuq su
duz

Ərzaqları üstü köpüklənənədək çalın. Əgər qatığınız suludursa, suyun miqdarını az edin. Yox əgər çox qatıdırsa, onda suyu çoxaldın.

http://s54.radikal.ru/i145/1002/e9/9ac1d8c5afbb.jpg

http://s002.radikal.ru/i199/1002/40/52b17e86069d.jpg

http://s003.radikal.ru/i202/1002/b5/a6335d83dec1.jpg

http://i055.radikal.ru/1002/a3/ebce6e0364cc.jpg

http://s006.radikal.ru/i213/1002/da/581b479ed283.jpg

http://s004.radikal.ru/i206/1002/d9/4330bac3c2de.jpg

http://s002.radikal.ru/i199/1002/07/305f7862d138.jpg

+1

7

Добрый день! Меня зовут Евгений Потапов.

Заинтересовал ваш сайт beautifullife.7bb.ru. Хочу его купить. По факту изучения статистики, я смогу назвать точную сумму которую я готов за него заплатить.

Если вам интересна продажа вашего проекта, жду вашего ответа.

С уважением,
Евгений Потапов
mr.evgenij-potapov@yandex.ru

0

8

Предлагаем вам наши услуги по техподдержке сайта. Наша команда готова обеспечить бесперебойное функционирование вашего проекта и реализовать необходимые улучшения для повышения эффективности сайта.

Наши услуги включают:

1. Администрирование сайта.
3. Администрирование хостинга.
4. Контент-менеджмент.
5. Дизайн и редизайн.
6. Контроль работоспособности.
7. Доработки существующего функционала.
8. Внедрение новых инструментов и функций.
9. Контроль за безопасностью проекта.
10. Обучение и консалтинг.

В нашей команде специалисты, которые смогут закрыть все возникающие потребности в технологиях, контенте, маркетинге, аналитике и пр.

Если вы заинтересованы в ответственном подрядчике, который улучшит работу вашего сайта, не стесняйтесь связаться с нами. Мы готовы обсудить ваши потребности и предоставить подробную информацию о наших услугах.

Контакты для связи:

Cайт: wbhr.ru

Email: tp_sale@wbhr.ru

Telegram: @wbhr_bot

0

9

Не знаю рецепта этого блюда. В первый раз попробовала это в замечательном санатории Чинар Нафталан.Называается Пити, если кто знает рецепт пожалуйста напишите :flag:

Отредактировано Сабина Йылмаз (2023-10-23 16:48:40)

0

10

Hello. And Bye.

0

11

Love the website-- really individual pleasant and whole lots to see!

0


Вы здесь » Форум о прекрасном: Турции и всем, что с ней связано » Азербайджанский язык и культура Azeri and culture » Рецепты азербайджанской кухни на азербайджанском языке